Şoyqu kimi aldadır – Səfərbərlik də Rusiyanı xilas etməyəcəkbackend

Şoyqu kimi aldadır – Səfərbərlik də Rusiyanı xilas etməyəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sentyabrın 21-də Rusiya prezidenti Vladimir Putin Ukrayna ilə müharibədə iştirak üçün qismən səfərbərlik elan edib. Putin xalqa müraciətində bildirib ki, səfərbərlik yolu ilə hərbi xidmətə çağırılan vətəndaşlar müqavilə əsasında Rusiya Federasiyası Silahlı Qüvvələrində xidmət edən hərbi qulluqçu statusu alacaqlar.

Müdafiə naziri Sergey Şoyqu isə vurğulayıb ki, səfərbər ediləcək 300 min əsgər hərbi ixtisası və döyüş təcrübəsi olan şəxslərdən ibarət olacaq. Eyni zamanda, nazir deyib ki, qismən səfərbərlik hazırda hərbi xidmətdə olanlara və tələbələrə aid deyil.

Altı aydan çoxdur ki, Ukraynada müharibə aparan Rusiya bu müddət ərzində cəmi 6 min hərbçi itirdiyini iddia etsə də, səfərbərlik qərarı Şoyqunun açıqladığı rəqəmlərin həqiqi olmasını şübhə altına alır.

Belə ki, Rusiyanın müdafiə naziri Sergey Şoyqu Ukraynanın müharibədə 61 207 hərbçi itirdiyini, Rusiya tərəfindən isə 5 937 nəfərin həlak olduğunu açıqlayıb. Hətta rusların özləri belə göstərilən rəqəmlərin real olmadığını bildirirlər.

Ermənipərəst rusiyalı hərbi jurnalist Semyon Peqov teleqram kanalında Şoyqunun bu açıqlamasına etiraz edib. “Şoyquda necədir deyə bilmərəm, lakin bizim itkilərimiz daha çoxdur”, – deyə Peqov bildirib.

Göründüyü kimi, ziddiyyətli statistika fonunda səfərbərlik elan edilməsi Rusiyanın Ukrayna cəbhəsində uğursuzluğa düçar olmasından xəbər verir.

NOCOMMENT xəbər verir ki, hərbi ekspert Üzeyir Cəfərov modern-ə bildirib ki, səfərbərlik qərarı Rusiyanın çıxılmaz vəziyyətdə qaldığını göstərir.

Onun sözlərinə görə, səfərbərlik elanı Moskvaya heç bir fayda verməyəcək: “Bundan əvvəl Rusiya tərəfi 137 min hərbçinin orduya çağırılacağını elan etmişdi. İndi isə 300 min hərbçi ordu sıralarına cəlb olunur. Rusiya bununla ümumilikdə müharibə başlayan gündən döyüş zonalarına göndərilmiş şəxsi heyətin sayı qədər hərbçi ilə müharibəni davam etdirmək istəyirdi. Ancaq bundan sonrakı çağırışlar faydasız olacaq. Guya orduya peşəkarları çağırırlar. İndiyə kimi təlim görənlər nə etdi ki, evdən gələnlər nəyə nail olsunlar? Qış aylarında onlar harada təlim keçəcəklər? Görünən odur ki, bu, Rusiyanın son çırpıntısıdır. Mən çəkinmədən deyə bilərəm ki, bu çırpıntının faydası olmayacaq”.

Hərbi ekspertin fikrincə, səfərbərlik qərarı Rusiyada mövcud hakimiyyətdən və ordu rəhbərliyindən narazılığı daha da artıracaq: “Səfərbərlik qərarının etirazlara səbəb olacağı məlum idi. Bu gün axşam Moskvada mitinqin keçirilməsi planlaşdırılır. Bu o deməkdir ki, Rusiya Ukraynadakı məğlubiyyətini anlamağa başlayıb. Qismən səfərbərlik Rusiyada katakilizmləri daha da gücləndirəcək. Yaxın həftələrdə Rusiya daha böyük aksiyalarla baş-başa qalacaq”.

Bundan əlavə, Ü.Cəfərov Rusiya müdafiə nazirinin itkilərlə bağlı elan etdiyi statistikaya da münasibət bildirib: “Rusiya bu günə qədər apardığı xüsusi əməliyyat zamanı guya 6 minə yaxın hərbçi itirib. Görünür, ordu generalı Sergey Şoyqu öz prezidenti kimi yalan danışır. Onlar çox böyük itkilər veriblər, diviziyaları, alayları məhv edilib, desant bölmələri zərərsizləşdirilib. Şoyqu ya şəxsi heyətin sayını bilmir, ya da camaatı ciddiyə almır”.