Şoyqu: Qarabağ ərazisində 23 müşahidə məntəqəsi qurmuşuqbackend

Şoyqu: Qarabağ ərazisində 23 müşahidə məntəqəsi qurmuşuq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu günlərdə Qarabağ ərazisində 23 müşahidə məntəqəsi qurmuşuq.

NOCOMMENT report-a istinadən xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu Yerevanda Ermənistanın baş naziri Nikol Paşinyanla görüşündə bildirib.

“Bəyanat imzalanandan sonra qısa bir müddət ərzində sülhməramlıları bölgəyə yerləşdirdik. Dünən bu proses başa çatdı. Biz Xankəndiyə gedən yola, Laçın dəhlizinə nəzarət edirik. Xanəkəndidən köçənlərin geri qayıtmasını və hərəkətin təhlükəsizliyini təmin edirik. Bizim əsas hədəfimiz qan tökülməsinin qarşısının alınmasıdır. Biz bütün məsələləri, o cümlədən hərbi və hərbi-texniki istiqamətdə əməkdaşlıqları müzakirə edəcəyik”, – Şoyqu bildirib.