Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu bəyan edib ki, Rusiyanın Ukrayna ilə bağlı təklifləri hamıya məlumdur.
NOCOMMENT.az xəbər verir ki, onun sözlərini TASS sitat gətirir.
“Ukrayna silahlı qüvvələrinin Rusiyanın yeni bölgələrindən çıxarılması, Kiyevin NATO-ya üzvlük müraciətindən imtinası”, – Şoyqu bildirib.
O, həmçinin Rusiyanın tələbləri arasında “Ukraynanın demilitarizasiyası və denazifikasiyası, rusdilli vətəndaşların hüquqlarının təmin edilməsi”nin də adını çəkib.