Şoyqudan Qərbə XƏBƏRDARLIQbackend

Şoyqudan Qərbə XƏBƏRDARLIQ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın müdafiə naziri Sergey Şoyqu xəbərdarlıq edib ki, ABŞ və onun Qərb müttəfiqlərinin Rusiya-Ukrayna müharibəsini gücləndirməyə münasibəti nüvə gücləri arasında birbaşa hərbi münaqişə riski yaradır.

NOCOMMENT.az xəbər verir ki, Çinin paytaxtı Pekində keçirilən beynəlxalq müdafiə dialoqu Xiangshan Forumunda çıxış edən Şoyqu ABŞ-ı “öz qlobal üstünlüyünü qorumaq üçün geosiyasi gərginliyi təhrik etməkdə” günahlandırıb.

ABŞ Rusiyanın Qərb müttəfiqləri və NATO-nun Şərqə genişlənməsi vasitəsilə Rusiyanı təhdid etdiyini əsas gətirən rusiyalı nazir deyib:

“Qərbin nüvə dövlətləri ilə daim gərginləşən münasibətləri nüvə gücləri arasında birbaşa hərbi münaqişə təhlükəsi yaradır. Bu, fəlakətli nəticələrə səbəb ola bilər”,- o deyib.