Soyuq hava insan yaddaşına mənfi təsir göstərirbackend

Soyuq hava insan yaddaşına mənfi təsir göstərir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Toronto Universitetinin alimləri qış və yay aylarında insanların məlumatları müxtəlif cür qavradığı və xatırladığını bildiriblər. Araşdırmalara görə soyuq hava beynin məlumatı sürətli şəkildə qavramasına mane olur

NOCOMMENT.az xəbər verir ki, 3.300-dən çox insanı əhatə edən tədqiqatlardan sonra məlum olub ki, insan beyninin performansı yayın sonu-payızın əvvəlində ən yüksək həddə çatsa da, bu göstərici qış aylarında getdikcə azalmağa başlayır. Tədqiqatçılar bunun soyuq hava ilə əlaqəli olduğunu bildiriblər.

Alimlər həmçinin qış aylarında qısa yaddaş pozğunluğu ilə yanaşı, demensiya əlamətlərinin artdığını da açıqlayıblar.
Ekspertlər bu problemi qışda insanların az hərəkət edərək normal yatmaması, sağlıqlı meyvə və tərəvəzlərlə qidalanmaması və daha az D vitamini qəbul etməsi ilə əlaqələndiriblər.