Həkimlər soyuqdəyməni aradan qaldıran sadə içkiləri açıqlayıb.
NOCOMMENT Lent.az-a istinadən xəbər verir ki, mövsümi soyuqdəymə ilə mübarizənin sadə və təsirli yolları var. Bunlardan biri də kifayət qədər maye qəbul etməkdir.
Mütəxəssislərin fikrincə, xəstə olarkən qəhvə əvəzinə çay içmək məsləhətdir. Çayın istiliyi boğaz ağrısını aradan qaldırmağa kömək edir. Bundan əlavə, çay mədə narahatlığını sakitləşdirir.
Limonlu su da sağlam bir içkidir. Bədəni nəmləndirir və burnun tutulmasının qarşısını alır. Limonun tərkibində C vitamini var ki, bu da müntəzəm istehlak edildikdə soyuqdəymənin qısa zamanda ötüşməsinə səbəb olur.
Xəstə olarkən tərkibində çox miqdarda şəkər olan meyvə şirələri istehlak üçün tövsiyə edilmir. Bu cür içkilər boğaz ağrısını artıra bilər.
Həmçinin alkoqol istehlakı azaldılmalıdır. Çünki spirtli içki ürəkbulanma, baş ağrısı və bədən ağrıları kimi xəstəliyin bəzi əlamətlərini şiddətləndirə bilər.