Hələ soyuqlar başlamayıb amma ötən ildən qalan problemlər artıq sakinləri dilə gətirib.
NOCOMMENT.az xezerxeber.az-a istinadən xəbər verir ki, Yasamal rayonu Şərifzadə küçəsində yerləşən üç beşmərtəbə binanın sakinləri deyir ki, biz bu il soyuqda qalmaq istəmirik. Xahiş edirik, mövcud problemə çarə tapılsın:
Binanın borcu olduqca çoxdur, lakin sakinlərin iddialarına görə bu borc onlara səbəbsiz yazılır.
Məsələ ilə bağlı Azəristilik ASC yə sorğu ünvanladıq, qurumdan bildirdilər ki, problemin həlli qarşılıqlı formada olmalıdır.
Qurumdan o da bildirildi ki, eyni zamanda daha çox sakinin ödəniş haqda müraciət etməsi əsas şərtdir ki, bu il həmin binaları istiliklə təmin etmək mümkün olsun.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.