Space-in yeni rəhbəri kimdir? – DOSYEbackend

Space-in yeni rəhbəri kimdir? – DOSYE

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Space” teleradio şirkətinə yeni rəhbər Ülviyyə Mikayılova təyin olunub.

NOCOMMENT xəbər verir ki, bir qədər əvvəl o, təyinatla bağlı məlumatı təsdiqləyib.

Qeyd edək ki, Ülviyyə Mikayılova 1959-cu ildə anadan olub. O, fəlsəfə doktoru, təhsildə tədqiqat sahəsində böyük təcrübəyə sahib mütəxəssislərdəndir. Onun elmi məqalələri bir çox yerli və xarici mənbələrdə dərc edilib.

Ülviyyə Mikayılova 2009-cu ildən Dünya Bankının və YUNİSEF-in beynəlxalq məsləhətçisi kimi həm xaricdə, həm də Azərbaycanda bir sıra islahat yönümlü layihələrdə yer alıb.

O, ADA Universitetinin baş müəllimi, Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, Müasir Təhsil və Tədrisə Yardım İctimai Birliyinin rəhbəridir.

Ülviyyə Mikayılova Açıq Cəmiyyət İnstitutu (Soros Fondu) ilə də əməkdaşlıq edib, “Addım-addım” proqramının rəhbəri olub. O, 1998-ci ildən bu günədək bir sıra beynəlxalq qurumlar tərəfindən elan olunmuş müsabiqələrin qalibi olub.

Rusiya Federasiyası, Orta Asiya və digər MDB, eləcə də Şərqi Avropa ölkələri və Monqolustanda təhsil üzrə məsləhətçi xidmətləri göstərib.