Space TV-yə yeni rəhbər təyin olunubbackend

Space TV-yə yeni rəhbər təyin olunub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Space teleradio şirkətinə yeni rəhbər təyin olunub.

NOCOMMENT xəbər verir ki, report-un əldə etdiyi məlumata görə, bu vəzifəyə Ülviyyə Mikayılova təyinat alıb.

Ülviyyə Mikayilova yeni təyinatı barədə məlumatı təsdiq edib.

Qeyd edək ki, Ü.Mikayılova 1959-cu ildə anadan olub.

O, ADA Universitetinin baş müəllimi, Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, Müasir Təhsil və Tədrisə Yardım İctimai Birliyinin rəhbəridir.

Xatırladaq ki, 2006-2021-ci illərdə Speys-in rəhbəri vəzifəsində çalışan Vaqif Mustafayev bu ilin əvvəlində işdən çıxarılıb. Daha sonra şirkətin rəhbər vəzifəsinin müvəqqəti icrası televiziyanın baş prodüseri Kamil Şahverdiyevə tapşırılıb.