Amerikanın aerokosmik şirkəti SpaceX ABŞ Silahlı Qüvvələrinin eksperimental pilotsuz kosmik təyyarəsi X-37B-ni Falcon Heavy raketindən istifadə edərək kosmosa göndərib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə “X” sosial şəbəkəsində SpaceX-in rəsmi hesabında məlumat verilib.
X-37B ABŞ-ın ən gizli hərbi layihələrindən biridir. Yalnız məlumdur ki, kosmos təyyarəsi “geniş diapazonlu” sınaq və təcrübələrdə iştirak edəcək.
Son buraxılış X-37B üçün 2010-cu ildən bəri yeddinci sınaq uçuşu idi.
Əvvəllər ABŞ Müdafiə Nazirliyi USSF-52 missiyasının X-37B-nin sınaqları ilə bağlı olduğu barədə məlumatları dərc etmişdi. İlkin olaraq buraxılış dekabrın 7-nə planlaşdırılsa da, sonradan pis hava şəraiti səbəbindən tarix bir neçə dəfə təxirə salınıb.