Spektr Med Ramin Bayramlıya məxsus deyil, KİV-lərdə yazılanlar tam yalandır…backend

Spektr Med Ramin Bayramlıya məxsus deyil, KİV-də yazılanlar tam yalandır…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Spektr Med” MMC şirkəti TƏBİB-in keçmiş sədri Ramin Bayramlıya məxsus deyil və şirkət barədə KİV-də yayılan məlumatların heç biri həqiqətə uyğun deyil.

NOCOMMENT xəbər verir ki, bu barədə şirkətin ofisindən virtualaz.org-a göndərilən açıqlamada belə deyilir.

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sabiq sədri Ramin Bayramlının yeyintiyə yol verməsi və bu əməlini “SPEKTR MED” adlı MMC vasitəsilə həyata keçirdiyi barədə yer alan fikirlər tamamilə böhtan xarakterlidir. Bəyan edirik ki, “SPEKTR MED” MMC heç kimə satılmayıb, şirkətin təsisçisi isə 10 ildən artıq müddətdir ki, eyni şəxsdir. Təbii ki, biz də Azərbaycanda fəaliyyət göstərən digər şirkətlər kimi TƏBİB-lə əməkdaşlıq edirik. Ancaq şirkətin şəxsən Ramin Bayramlı ilə heç bir əlaqəsi yoxdur”, – deyə açıqlamada bidlirilib.

Xatırladaq ki, tibbi avadanlıqların satışı ilə məşğul olan “Spektr Med” MMC şirkətinin Ramin Bayramlı tərəfindən alınması və ora öz adamını təyin etməsi, koronavirus pandemiyasına qarşı mübarizə aparmaq üçün zəruri tibbi vasitələrin bu şirkət üzərindən satın alınması və nəticədə korrupsiyaya yol verilməsi haqda ötən gün bir sıra yerli KİV yazmışdı.