Speys-də əməkdaşlar maaşları verilmədən kütləvi işdən çıxarılır? – AÇIQLAMAbackend

Speys-də əməkdaşlar maaşları verilmədən kütləvi işdən çıxarılır? – AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Space TV” və “Space radio”da əməkdaşların kütləvi şəkildə işdən çıxarılması iddia edilir.

NOCOMMENT xəbər verir ki, məsələ ilə bağlı yeniavaz-a müraciət edən sözügedən qurumların bəzi əməkdaşları bildirirlər ki, onlar son maaşları ödənmədən işdən uzaqlaşdırılıblar.

İddialarla bağlı “Space TV”dən açıqlama verilib və deyilənlərin əsassız olduğu bildirilib: “Bu çirkli kampaniyadır. Bilirsiniz, istənilən bir yerə yeni rəhbərlik gələndə baxır işləyənə, işləməyənə. İşini bacarmayanı işdən çıxarırlar. Və onlar təbii ki, bundan narazı qalırlar və başlayırlar qərəzli kampaniya aparmağa.

Bütün bu iddialar şayiə, dedi-qodudan başqa bir şey deyil. Bunlar işini bacarmayıb, televiziyanı pis günə qoyan adamlardır. İndi gedib kampaniya aparırlar. Məqsəd görülən işlərə, yeniliyə, dəyişikliklərə qara yaxmaq, gözdən salmaqdır”.

Qeyd edək ki, əvvəllər “Azərbaycanfilm” kinostudiyasının direktoru olmuş əməkdar incəsənət xadimi Müşfiq Hətəmov bu il mayın 20-də “Space” televiziyasına direktor təyin edilib.