SPİD-ə qarşı peyvənd sınaqdan keçirildibackend

SPİD-ə qarşı peyvənd sınaqdan keçirildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hələ də qəti müalicəsi olmayan və ilkin mərhələdə QİÇS-dən ölümlərə səbəb olan HİV virusuna qarşı peyvəndlə bağlı yeni tədqiqatlar başlayıb.

NOCOMMENT medicina-ya istinadən xəbər verir ki, Yaponiyanın Milli Biotibbi İnnovasiya, Sağlamlıq və Qidalanma İnstitutunun bir qrup mütəxəssisi tərəfindən hazırlanmış peyvənd meymunlarda HİV virusunu təsirsiz hala gətirməyə müvəffəq olub.

Tədqiqat zamanı 7 makaka meymunu HİV virusuna yoluxdurulub, 4 meymunun virusa yoluxduğunu, lakin qısa müddətdən sonra virusun aşkar olunmaz hala gəldiyi müəyyən edilib.

Belə izah olunur ki, peyvəndin stimullaşdırdığı immun sistem HİV-in təsirinin itirməsinə səbəb olub.

Açıqlamada qeyd olunur ki, təxminən 5 ildən sonra insanlar üzərində sınaqlar başlayacaq.