Spiegel: Alman partiyalarının koalisiyası Kiyevə silah tədarükünü qadağan edə bilərbackend

Spiegel: Alman partiyalarının koalisiyası Kiyevə silah tədarükünü qadağan edə bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniyanın şərqində keçirilən seçkilərdə ən çox səs toplayan alman partiyaları koalisiya sazişinə Ukraynaya silah tədarükünü qadağan edən bənd əlavə edə bilər.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “Der Spiegel” məlumat yayıb.

Koalisiyanı Xristian Demokrat İttifaqı, Almaniya Sosial Demokrat Partiyası və Sara Vaqenknext Ağıl və Ədalət İttifaqı yarada bilər.

Qeyd olunur ki, SSV lideri Sara Vaqenknext Kiyevə silah tədarükünün fəal şəkildə əleyhinədir, münaqişənin diplomatik yolla həllinə çağırır.

Bundan əvvəl Almaniya kansleri Olaf Şolz Almaniyanın “Taurus” uzaqmənzilli raketlərini Ukraynaya ötürməyəcəyini təsdiqləyib.