Spiker Ukraynaya yardım haqqında qanun layihəsində “mühüm yeniliklər” elan edibbackend

Spiker Ukraynaya yardım haqqında qanun layihəsində “mühüm yeniliklər” elan edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Nümayəndələr Palatasının spikeri Mayk Conson bildirib ki, Ukraynaya yardımın ayrılması ilə bağlı qanun layihəsi aprelin 9-da başa çatan Pasxa tətilindən sonra “mühüm yeniliklər” elan edilərək nəzərdən keçiriləcək.

NOCOMMENT.az xəbər verir ki, bu barədə o, ““Amerikada Trey Qoudi ilə bazar gecəsi”proqramına müsahibəsində bildirib.

Onun sözlərinə görə, Nümayəndələr Palatası yenidən toplandıqda təqdim ediləcək tədbirlər paketi üzərində işləcək.

“Biz yeni bir məhsul təqdim edəcəyik, amma düşünürəm ki, bəzi mühüm yeniliklər olacaq”, – deyə Conson bildirib.