Spiker: Yaxın günlərdə Putinlə Paşinyan arasında görüş gözlənilirbackend

Spiker: Yaxın günlərdə Putinlə Paşinyan arasında görüş gözlənilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaxın günlərdə Ermənistan və Rusiya liderləri Nikol Paşinyanla Vladimir Putin arasında daha bir əyani görüşə hazırlıq görülür.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko Ermənistan parlamentinin sədri Alen Simonyanla görüşü zamanı bildirib.

Rusiyalı spiker N.Paşinyanla V.Putinin indiyədək 3 dəfə əyani, 14 dəfə telefon vasitəsilə görüşdüklərini də dilə gətirib.

“Yaxın gələcəkdə yeni bir şəxsi görüş hazırlanır. Çox vacibdir ki, belə təmaslar Rusiya-Ermənistan münasibətlərinin bütün spektri – iqtisadi, humanitar, təhsil, mədəniyyət, səhiyyə və siyasi məsələlər üçün əsas yaradır”, –  deyə Matviyenko bildirib.

Federasiya Şurasının sədri iki ölkə arasındakı münasibətlərin ənənəvi dost olduğunu da qeyd edib. O xatırladıb ki, gələn il Rusiya və Ermənistan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi tamam olur.

O əmindir ki, Ermənistanla Rusiya arasında parlament əməkdaşlığı xüsusi əhəmiyyət kəsb edir: “Parlamentlərarası komissiyamızın işindən çox məmnunuq..”