“Sputnik Azərbaycan”ın ofisində əməliyyat zamanı saxlanılanların adları bilinibbackend

“Sputnik Azərbaycan”ın ofisində əməliyyat zamanı saxlanılanların adları bilinib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Polisin “Sputnik Azərbaycan”ın ofisində əməliyyatı zamanı saxlanılanların adları bilinib.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, əməliyyat zamanı saxlanılanlar “Sputnik”in Bakı filialının icraçı direktoru İqor Kartavıx və şef redaktor Yevgeniy Belousovdur.

Qeyd edək ki, DİN-in Mətbuat Xidmətindən bildirilib ki, “Rossiya Seqodnya” İnformasiya Agentliyinin Bakı filialının (“Sputnik Azərbaycan”) 2025-ci ilin fevralında akkreditasiyası dayandırılsa da qanunsuz maliyyələşmə əsasında fəaliyyətini davam etdirməsinə dair daxil olmuş əməliyyat məlumatı əsasında Daxili İşlər Nazirliyi araşdırmalara başlayıb.

Qeyd olunub ki, iyunun 30-da filialın ofisində əməliyyat-axtarış tədbirləri keçirilib, saxlanılanlar var.

Əlavə məlumat veriləcək.