“Sputnik Azərbaycan” yayılan xəbərlərə aydınlıq gətirdibackend

“Sputnik Azərbaycan” yayılan xəbərlərə aydınlıq gətirdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Hayastan” Ümumerməni Fonduna köçürülən 100 milyon dollarlıq yardım siyahısında “Sputnik Azərbaycan”ın da adının olması sosial şəbəkələrin azərbaycanlı seqmentində ciddi etiraza səbəb olub. Vətəndaşlar bildirirlər ki, Ermənistan bu pulla müxtəlif silahlar alaraq, Azərbaycanın mülki obyektlərini hədəfə alır.

NOCOMMENT.az xəbər verir ki, məsələ ilə bağlı axar.az-a açıqlama verən “Sputnik-Azərbaycan” Multimedia Mətbuat Mərkəzinin rəhbəri İlqar Vəlizadə bildirib ki, sosial şəbəkələrdə “Hayastan” Ümumerməni Fonduna köçürülən 100 milyon dollarlıq yardım siyahısı, əslində, informasiya agentliklərinin reytinq siyahısıdır:

“Bu, yalan məlumatdır. Bilirsiniz ki, indi müharibə şəraitidir. Yeganə mənbə rəsmi mənbə olmalıdır. Bununla bağlı rəsmi məlumatlar əldə edilməli, araşdırmalar aparılmalıdır. Dəfələrlə həm Müdafiə Nazirliyi, həm də Prezident Administrasiyası tərəfindən müraciətlər olunub ki, bu və bu kimi dezinformasiyalara vətəndaşlar etibar etməsin. Yalnız yoxlanılan informasiyalara inanmaq lazımdır”.