Srebrenitsada müsəlmanların soyqırımından 25 il ötür – FOTOLARbackend

Srebrenitsada müsəlmanların soyqırımından 25 il ötür – FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NOCOMMENT.az xarici mətbuata istinadən xəbər verir ki, 1995-ci ildǝ Srebrenitsada törǝdilǝn soyqırımdan qurtulmaq istǝyǝn bosniyalıların Tuzlaya getmǝk üçün istifadǝ etdiklǝri marşrutda keçirilǝn ‘‘Sülh yürüşü’’ Potaçari memorial qǝbristanlığında sona çatıb.

Soyqırımın 25-ci ildönümündǝ keçirilǝn yürüşǝ bu il yeni növ koronavirus epidemiyası sǝbǝbindǝn 400 nǝfǝr qatılıb. Yürüşdǝ iştirak edǝnlǝri qǝbristanlıq yaxınlığında srebrenitsalı analar qarşılayıb.

Bu il 16-sı tǝşkil edilǝn ‘‘Sülh yürüşü’’nǝ qatılan yüzlǝrlǝ adam Potaçari qǝbristanlığına daxil olaraq soyqırım qurbanları üçün dua ediblǝr.

Qeyd edǝk ki, Srebrenitsa soyqırımı 1995-ci ilin 11 iyul tarixindǝ  8372 bosniyalı müsəlmanın Srebrenitsa şəhərində qətlə yetirməsi ilə həyata keçirilən soyqırım aktıdır.

Soyqırım Ratko Mladiçin tabeçiliyindəki serb ordusu tərəfindən törədilib. Bosniyalı əsgərlərin nəzarətindǝ olan bölgəyə qadın və uşaqların getmǝsinǝ  icazə verən serblər, meşə ilǝ örtülü ǝrazidǝ, fabriklərdə və anbarlarda azı 8 min 372 bosniyalını qǝtlǝ yetirib.