Şri-Lanka rusiyalı turistlərə pulsuz vizaların verilməsi müddətini uzadıbbackend

Şri-Lanka rusiyalı turistlərə pulsuz vizaların verilməsi müddətini uzadıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şri-Lanka hakimiyyəti turizm məqsədi ilə ada dövlətinə səfər edən Rusiya vətəndaşlarına pulsuz vizaların verilməsi rejiminin uzadılması barədə qərar qəbul edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə TASS Rusiyanın Şri-Lankadakı səfirliyinin konsulluq şöbəsinin rəhbəri Aleksandr İvinə istinadən məlumat yayıb.

“Diplomatik rəsminin sözlərinə görə, səfirlik rejimin uzadılması ilə bağlı artıq nota alıb. Şri-Lanka hakimiyyəti bu layihənin qalıcı olub-olmayacağını dəqiqləşdirməyib, lakin bu dəfə onun konkret tamamlanma tarixi yoxdur”, -deyə Aleksandr İvin bildirib.

Ötən ilin noyabrında Şri-Lanka Rusiya, Hindistan, İndoneziya, Çin, Malayziya, Tailand və Yaponiya vətəndaşlarına pulsuz vizaların verilməsi proqramına start verib. Mart ayında Şri Lankanın İctimai Təhlükəsizlik Naziri Theran Alles, proqramın “uzadılmasının mümkün olmadığını” və pilot layihənin 31 mart 2024-cü ilə qədər davam edəcəyini, lakin müddətinin uzadıldığını bildirdi.