SSRİ-nin yaşayan ən yaşlı aktrisası kimi tanınan rusiyalı aktrisa Vera Vasilyeva 97 yaşında vəfat edib.
NOCOMMENT.az xəbər verir ki, Moskva Akademik Satira Teatrı məşhur rus aktrisası Vera Vasilyevanın 97 yaşında dünyasını dəyişdiyini açıqlayıb.
30 sentyabr 1925-ci ildə anadan olan Vera Vasilyeva avqustun 8-də 99 yaşında vəfat edən rus aktrisası Yuliya Borisovadan sonra SSRİ-nin yaşayan ən yaşlı xalq artisti olub.
40-dan çox serial və filmdə rol alan Vera Vasilyeva 1947-ci ildə “Sibir ölkəsinin nağılı” filmi ilə aktrisa kimi debüt edib.
Vasilyevanın iştirakı ilə ən məşhur filmlər “Dəli gün və ya Fiqaronun evliliyi”, “Karnaval”, “Çuk və Hek”, “Evli bekar” və “Kapitanla evlən” kimi tanınır.