Starbucks-ı boykot bitirdi! Dekabrın 15-də ölkəni tərk edirbackend

Starbucks-ı boykot bitirdi! Dekabrın 15-də ölkəni tərk edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrailə dəstək verdiyi üçün bir çox ölkədə boykot edilən qəhvə şəbəkəsi Starbucks Mərakeşdən çəkiləcək.

NOCOMMENT xəbər verir ki, dünyaca məşhur qəhvə şəbəkəsi Starbucks İsraili dəstəklədiyi üçün bir çox ölkədə boykot edilir.

Türkiyədə də bir çox insan tərəfindən boykot edilən Starbucks, zəlzələ zamanı çox gec dəstək verdiyi üçün də etiraz edildi.

Boykotlar səbəbiylə iqtisadi çətinliklər yaşamağa başladığı öyrənilən Starbucks cəbhəsində yeni bir inkişaf baş verdi.

Qəzza boykotu səbəbilə Mərakeşdəki Starbucks filiallarının itki verdiyi və bağlanılacağı açıqlanıb.

Mərakeş media orqanı Maroc Hebdo 18 qəhvə filialının həmişəlik bağlanacağını açıqlayıb.

“Etibarlı məlumata görə, iki böyük qlobal brend, xüsusilə də İsveçin hazır geyim brendi H&M və nüfuzlu Amerika qəhvə şəbəkəsi Starbucks dekabrın 15-dən etibarən Mərakeşi tərk edəcək”, – Maroc Hebdo-nun xəbərində deyilir.