“Starex kargo qalmaqalı – Şirkət bağlamamı ya itirib, ya da mənimsəyib”backend

“Starex kargo qalmaqalı – Şirkət bağlamamı ya itirib, ya da mənimsəyib”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Təranə Həsənova sosial şəbəkədə Starex kargo şirkəti ilə bağlı şikayətini paylaşıb. Onun sözlərinə görə, 2025-ci il avqustun 19-da bağlaması ölkəyə çatdırıldıqdan sonra kuryer onunla əlaqə saxlayaraq ünvanı dəqiqləşdirib.

NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, müştəri ünvanını tam şəkildə – Binəqədi rayonu – təqdim etdiyini və hətta əlavə olaraq konum göndərə biləcəyini bildirdiyini deyib. Buna baxmayaraq, kuryer “Yox, gec olacaq, nəysə, aparıram anbara” deyərək kobud şəkildə telefonu üzünə bağlayıb.

Şikayətçi daha sonra şirkətin Instagram səhifəsinə yazaraq vəziyyəti izah edib, lakin ona yalnız “bağlamanın təxmin edilən son tarixdə çatdırılacağı” cavabı verilib. Təranə Həsənovanın sözlərinə görə, bağlama artıq 19 avqustdan anbarda olsa da, məqsədli şəkildə son vaxta saxlanılır.

“Mən şəxsi gündəlik ehtiyacım üçün ayırdığım pulu kontur yükləyib şirkətə dəfələrlə zəng etdim. Operator hər dəfə eyni standart cavabla məsuliyyətdən yayınaraq ‘bilmirik, ən qısa zamanda çatdırılacaq’ deyir və telefonu üzümə bağlayır. Bu cür hörmətsiz və məsuliyyətsiz davranışı qəbul etmirəm,” – deyə müştəri bildirib.

Təranə Həsənova qeyd edib ki, artıq bağlamasını ala bilmir və bu vəziyyət onu ciddi narahat edir: “Əminəm ki, məhsulumu ya itiriblər, ya da mənimsəyiblər. Müştərilərlə belə kobud və laqeyd rəftar kargo sektorunda yolverilməzdir. Araşdırma aparılıb müvafiq tədbirlər görülməlidir.”