24 iyul tarixində amerikalı sahibkar İlon Maskın Starlink peyk sistemində dünyanın bir neçə ölkəsində genişmiqyaslı texniki problemlər müşahidə olunub.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Downdetector xidməti məlumat yayıb.
Məlumata əsasən, istifadəçilərin 60%-i internet bağlantısının qeyri-sabit olduğunu, 40%-i isə ümumiyyətlə əlaqənin olmadığını bildirib. Ən çox şikayətlər ABŞ-dan (təxminən 63 min), Kanadadan (13 mindən çox) və Almaniyadan (11 mindən artıq) daxil olub.
Bildirilib ki, Böyük Britaniya, Avstraliya, Meksika, Argentina, Çili və Braziliya kimi ölkələrdə də ciddi pozuntular qeydə alınıb.
Həmin gün — 24 iyulda Starlink şəbəkəsində baş verən nasazlıq Ukrayna Silahlı Qüvvələrinin cəbhə xətti boyunca da müşahidə olunub.