Starmer Rusiyanın dondurulmuş aktivlərindən istifadə məsələsini çox çətin adlandırıbbackend

Starmer Rusiyanın dondurulmuş aktivlərindən istifadə məsələsini çox çətin adlandırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dondurulmuş Rusiya aktivlərindən istifadə məsələsi çox mürəkkəbdir.

NOCOMMENT.az xəbər verir ki, bunu Böyük Britaniyanın baş naziri Kir Starmer Böyük Britaniya parlamentinin İcmalar Palatasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, London Rusiyanın dondurulmuş aktivlərinə həbs qoyulması üçün hüquqi mexanizmin tapılması üzərində işi davam etdirəcək.

“Dondurulmuş aktivlərə gəlincə, bu, çox mürəkkəb məsələdir, sadə deyil. Biz daha çox iş görməliyik, mən də görürəm ki, başqa ölkələrlə birlikdə hansı imkanlar var. Mən bunun asan olduğunu iddia etməyəcəyəm”, – deyə o vurğulayıb.