Böyük Britaniyanın baş naziri Kir Starmer ABŞ prezidenti Donald Trampla şəxsi görüşü zamanı Ukraynadakı münaqişəyə son qoymağın yollarını müzakirə etmək niyyətindədir.
NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu barədə “The Sunday Telegraph” qəzeti mənbələrə istinadən məlumat yayıb.
“Kir Şotlandiyada danışıqlar zamanı Rusiya-Ukrayna münaqişəsinə son qoymağın mümkün yollarını müzakirə edəcək”, – məqalədə deyilir.
Qeyd edək ki, Starmer və Tramp arasında danışıqlar iyulun 28-nə planlaşdırılıb və həmin danışıqlar ABŞ prezidentinin iyulun 29-dək səfərdə olduğu Şotlandiyada aparılmalıdır.
Həmçinin görüşün əsas mövzusu ABŞ və Böyük Britaniya arasında ticarət sazişi olacaq.
İki ölkə liderləri Qəzza zolağındakı vəziyyətə də toxunacaq.