Böyük Britaniyanın baş naziri Kir Starmer Fransa prezidenti Emmanuel Makronla telefonla danışıb və tərəflər Ukraynadakı vəziyyəti müzakirə ediblər.
NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu barədə Starmerin ofisinin bəyanatında deyilir.
“Onlar Ukraynada baş verən son hadisələri müzakirə edərək, prezident Volodimir Zelenskiyə və Ukrayna xalqı üçün ədalətli və davamlı sülhün təmin edilməsinə sarsılmaz dəstəklərini bir daha təsdiqləyiblər”, – bəyanatda deyilir.
Ofisin məlumatına görə, tərəflər ABŞ prezidenti Donald Trampın Ukraynadakı münaqişəyə son qoymaq səylərini alqışlayıblar və yaxın günlərdə Tramp və Zelenski ilə sıx əməkdaşlığın davam etdirilməsi yollarını müzakirə ediblər.