STATİSTİKA: Bu gün yoluxanların və ölənlərin sayı artdıbackend

STATİSTİKA: Bu gün yoluxanların və ölənlərin sayı artdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 148 yeni yoluxma faktı qeydə alınıb, 177 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan NOCOMMENT-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 39 042 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 36 601 nəfər müalicə olunaraq sağalıb, 574 nəfər vəfat edib, aktiv xəstə sayı 1 867 olub.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 722, bu günə qədər isə ümumilikdə 1 047 906 test icra olunub.