“Status müəyyən edilməlidir” – Rusiyadan Qarabağ açıqlamasıbackend

“Status müəyyən edilməlidir” – Rusiyadan Qarabağ açıqlaması

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Federasiya Şurasının sədri Valentina Matvienko keçirdiyi mətbuat konfransında Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsinin əlavə danışıqlar tələb etdiyini söyləyib.

NOCOMMENT.az xəbər verir ki, o, bununla bağlı ATƏT-in Minsk qrupunun həmsədrlərinə səylərinə ümid etdiklərini deyib.

“Dağlıq Qarabağın statusu mötərizədə deyil, bunun üçün əlavə danışıqlar aparılmalıdır. Əlbəttə ki, ATƏT-in, Fransa prezidentinin, ABŞ-ın və Dağlıq Qarabağ münaqişəsinin nizamlama prosesində iştirak edən digər dövlətlərin səylərinə ümid edirik. Hələ çox çətin bir iş var”, – Matvienko qeyd edib.
Teleqraf