Stimul Hospitalda baş verən xəstə ölümünün təfərrüatı – Baş həkim danışdıbackend

Stimul Hospitalda baş verən xəstə ölümünün təfərrüatı – Baş həkim danışdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda “Stimul Hospital”da baş verən xəstə ölümünün təfərrüatları açıqlanıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Yenisabah.az-a xəstəxananın baş həkimi Əhsən Yusifov məlumat verib.

“Dünən günorta saatlarında 47 yaşlı Səməngül Quliyeva kompüter tomorafiya(KT) müayinəsindən keçmək üçün bizim xəstəxanaya müraciət edib. Onu müalicə həkimi bizim klinikaya göndərib. Həmin həkim “Stimul Hospital”ın əməkdaşı deyil. Sadəcə olaraq bizim xəstəxanada həmin tibbi avadanlıq olduğu üçün xanım bizə müraciət edib”.

Baş həkim bildirib ki, xəstə klinikaya gələndə artıq ağır vəziyyətdə olub:

“Kompüter tomoqrafiya olunan zaman xəstənin vəziyyəti pisləşmişdi. Görülən bütün reanimasyon tədbirlərə baxmayaraq xəstə vəfat etdi. KT müayinə nəticəsində məlum oldu ki, onun 4-5 gündür ki, kor bağırsağı partlayıb, qarnı tamam irinin içindədir və içəridən zəhərləmə verib. Yəni bir neçə gündür ki, bu vəziyyətdə imiş. Bu səbəbdən də vəfat edib. Bizim klinikada xəstəyə həkim müayinəsi və heç bir cərrahi müdaxilə olmayıb. Sadəcə gəlib ki, KT müayinəsindən keçib nəticəsini öz həkiminə təqdim etsin. Amma təəssüflər olsun ki, ölüm faktı bizim xəstəxanada baş verib”.