Amerikalı aktyor və Rusiya Xarici İşlər Nazirliyinin ABŞ-la humanitar əlaqələr üzrə xüsusi nümayəndəsi Stiven Siqal 17 iyul tarixində “Beş Element” MMC-nin baş direktoru vəzifəsindən ayrılıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə “Kommersant” qəzeti YEGRYUL məlumatlarına istinadən xəbər verir.
Qeyd olunur ki, şirkətdə Siqalın yerini Vladislav Kazak tutub.
“Beş Element” MMC 2023-cü ildə qeydiyyatdan keçib. Şirkətin ilkin təsisçiləri bərabər paylarla Stiven Siqal və onun oğlu Dominik San Rokko Siqal olub.