Stoltenberq: Çin Rusiyanın Ukraynaya qarşı müharibəsində həlledici amilə çevrilibbackend

Stoltenberq: Çin Rusiyanın Ukraynaya qarşı müharibəsində həlledici amilə çevrilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NATO-nun baş katibi Yens Stoltenberq Çini Rusiyanın Ukraynadakı müharibəsinə dəstəyi dayandırmağa çağırıb və bildirib ki, Pekinin köməyi bu hərbi əməliyyatların davam etdirilməsində mühüm amildir.

NOCOMMENT.az xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq Osloda jurnalistlərlə söhbəti zamanı deyib.

Çin Rusiyanın Ukraynaya qarşı müharibəsində həlledici amilə çevrilib, belə ki, Pekin Rusiya Federasiyasının istifadə etdiyi bir çox silah növlərinin istehsalını təmin edir.

“Mən Çini Rusiyanın qeyri-qanuni müharibəsinə dəstəyi dayandırmağa çağırıram”, – deyə o vurğulayıb.

Stoltenberq xəbərdarlıq edib ki, Pekinin Ukraynada müharibəni davam etdirməsi onun maraqlarına və reputasiyasına mənfi təsir göstərə bilər.