Stoltenberq Fələstin-İsrail münaqişəsində NATO-nun rolunu dəyərləndiribbackend

Stoltenberq Fələstin-İsrail münaqişəsində NATO-nun rolunu dəyərləndirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Şimali Atlantika bloku Qəzza zolağında münaqişədə fəal rol oynamır. Bunu NATO-nun baş katibi Yens Stoltenberq alyansa üzv ölkələrin xarici işlər nazirlərinin Brüsseldə keçirilən iclasının birinci gününün yekunları üzrə brifinqdə deyib. 

“NATO bir müttəfiq olaraq Fələstin-İsrail münaqişəsində fəal rol oynamır”,- deyə o deyib.

Bir gün əvvəl NATO Qəzzada atəşkəsin uzadılmasına çağırıb. Stoltenberqin sözlərinə görə, “daha ​​çox yardım çatdırmaq və girovları azad etmək lazımdır”.

Bundan əvvəl Fələstinin HƏMAS radikal hərəkatının nümayəndəsi qeyd edib ki, qruplaşma hər gün 10 girovu azad etsə, atəşkəsin uzadılması mümkün olacaq.