Stoltenberq: İsveç verdiyi vədlərə əməl etməlidirbackend

Stoltenberq: İsveç verdiyi vədlərə əməl etməlidir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NATO-nun baş katibi Stoltenberqin Belçikanın paytaxtı Brüsseldəki mənzil-qərargahında xarici işlər naziri Pekka Haavistoya üzvlük sertifikatını təqdim etməsindən sonra Finlandiya rəsmi olaraq NATO-nun 31-ci üzvü oldu.

NOCOMMENT.az xəbər verir ki, Finlandiya rəsmi olaraq NATO-ya üzv olduqdan sonra Finlandiya prezidenti Sauli Niinistö və Stoltenberq birgə mətbuat konfransı keçirib.

İsveçin NATO-ya üzvlük prosesinin davam etdiyini bildirən Stoltenberq, “Mənim mesajım budur ki, Ankara səfərim və danışıqlarım zamanı olduğu kimi, təkcə Finlandiya deyil, İsveç də vədlərinə əməl etməlidir. Üçtərəfli anlaşma memorandumunun şərtlərinə əməl edilməlidir. NATO-ya üzvlüyün təsdiqlənməsinə heç bir maneə olmamalıdır. İsveçin üzvlüyünü mümkün qədər tez təmin etmək üçün əlimizdən gələni edəcəyik. Biz bu məsələ ilə bağlı işimizi davam etdirəcəyik”.

NOCOMMENT.AZ