Stoltenberq: Müharibə davam etdiyi müddətdə Ukraynanın NATO-ya üzvlüyü gündəmdə deyilbackend

Stoltenberq: Müharibə davam etdiyi müddətdə Ukraynanın NATO-ya üzvlüyü gündəmdə deyil

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NATO-nun baş katibi Yens Stoltenberq Brüsselin əsas mərkəzlərindən biri  Alman Marşal Fondunun təşkil etdiyi Brüssel Forumu tədbirində çıxış edib.

NOCOMMENT.az xəbər verir ki, o, Ukraynanın NATO-ya üzv olması ilə bağlı açıqlamalar verib.

“Müharibə Ukraynanın NATO-ya üzvlüyünü asanlaşdırıbmı?” sualına Stoltenberq belə cavab verib:

“Həm bəli, həm də xeyr. Məncə, hər kəs bilir ki, Ukrayna müharibənin ortasında olduğu bir vaxtda  NATO-ya qoşulması bizim gündəmimizdə deyil. Məsələ bunda deyil. Məsələ əsas müharibə bitəndə nə baş verəcəyindədir”.