Stoltenberq NATO ölkələrinin Ukraynaya dəstək verməyə hazır olduğunu bildirdibackend

Stoltenberq NATO ölkələrinin Ukraynaya dəstək verməyə hazır olduğunu bildirdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir ki, NATO-ya üzv ölkələrin xarici işlər nazirləri alyansa qoşulmaq yolunda Ukraynanı dəstəkləməyə hazır olduqlarını təsdiqləyiblər. Bunu NATO-nun baş katibi Yens Stoltenberq blokun xarici işlər nazirlərinin Brüsseldə keçirilən iclasının birinci gününün yekunları üzrə mətbuat konfransında deyib.

“Bugünkü görüşümüzdə müttəfiqlər Ukraynanı NATO-ya gedən yolda dəstəkləmək və sarsılmaz (Kiyevə) dəstək vermək əzmində olduqlarını bir daha təsdiq etdilər”, – baş katib bildirib.

Daha əvvəl Stoltenberq Ukraynanın gələcəyinin NATO-da olduğunu və alyansın liderlərinin artıq ölkəni dəvət etmək qərarına gəldiyini, lakin hələlik bunu etməyəcəklərini bildirib.