Stoltenberq NATO üçün ən böyük təhlükəni açıqlayıbbackend

Stoltenberq NATO üçün ən böyük təhlükəni açıqlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Təşkilatın baş katibi Yens Stoltenberq bildirib ki, NATO Rusiyanın Ukrayna münaqişəsində qalib gəlməsinə imkan verə bilməz, çünki bu, Şimali Atlantika Alyansı üçün ən böyük təhlükəyə çevriləcək.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Vaşinqtonda NATO sammitinin rəsmi açılış mərasimində çıxış edən Stoltenberq vurğulayıb ki, Rusiyanın Ukraynadakı qələbəsi ən böyük təhlükədir və Şimali Atlantika Alyansı buna imkan verə bilməz.

NATO-nun baş katibi qeyd edib ki, Ukrayna münaqişəsi son onilliklərdə təhlükəsizlik üçün əsas təhdiddir və Rusiyanın qələbəsi blokun digər rəqibləri, o cümlədən İran, Şimali Koreya və Çin üçün stimul olacaq.