Stoltenberq: Putin müharibəyə hazırlaşdığını açıq şəkildə bildirdibackend

Stoltenberq: Putin müharibəyə hazırlaşdığını açıq şəkildə bildirdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NATO-nun baş katibi Stoltenberq bildirib ki, Rusiya prezidenti Vladimir Putin bu gün “müharibəyə hazırlaşdığını açıq şəkildə göstərib”.

NOCOMMENT xəbər verir ki, NATO-nun baş katibi Stoltenberq Ukraynanın xarici işlər naziri Dmitro Kuleba və Aİ-nin ali nümayəndəsi Xosep Borrellə keçirdiyi mətbuat konfransında danışıb.

“Putin bu gün açıq şəkildə bildirdi ki, müharibəyə hazırlaşır” – deyən Stoltenberq, “Biz Ukraynanı müharibədə qalib gəlməsi üçün lazım olan hər şeylə təmin etməliyik” ifadəsini işlətdi.

Rusiyanın təcavüzkar olduğunu və heç kimin Rusiyaya hücum etmədiyini vurğulayan Stoltenberq Çinin “Rusiya müharibəsinə” dəstək verməyi planlaşdırdığını bildirib.