Stoltenberq: Rusiyanı zəif görməməliyikbackend

Stoltenberq: Rusiyanı zəif görməməliyik

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NATO-nun baş katibi Yens Stoltenberq qeyd edib ki, Ukrayna müharibəsində Rusiyanı zəif görmək lazım deyil.

NOCOMMENT.az xəbər verir ki, Stoltenberq qış yaxınlaşdıqca rus hücumlarının Ukrayna xalqına böyük humanitar iztirablar gətirəcəyini bildirib.

Berlin Təhlükəsizlik Konfransının 2-ci günündəki çıxışında Stoltenberq Rusiya-Ukrayna müharibəsinə toxunaraq, Ukraynanın da əhəmiyyətli qazanc əldə etdiyini, müttəfiqlərin Ukraynaya qabaqcıl silah sistemləri göndərdiyini və hər gün döyüş meydanında “böyük fərq” yaratdıqlarını bildirib.

Rusiya prezidenti Vladimir Putinin Ukraynaya qarşı apardığı müharibənin Avropada sülhü pozduğuna diqqət çəkən Stoltenberq, bu müharibənin qlobal təhlükəsizlik üçün uzunmüddətli şok dalğaları yaratdığını bildirib.

“Biz Rusiyanı aşağı görməməliyik. Rusiya raketləri və pilotsuz təyyarələri Ukrayna şəhərlərinə, mülki şəxslərə və kritik infrastruktura hücum etməkdə davam edir və qış yaxınlaşdıqca böyük humanitar iztirablara səbəb olur”, deyə baş katib qeyd edib.

Jalə Bədirova

NOCOMMENT.az