Stoltenberq: Təhlükəsizliyimiz bir-birinə bağlıdırbackend

Stoltenberq: Təhlükəsizliyimiz bir-birinə bağlıdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NATO-nun baş katibi Yens Stoltenberq Cənubi Koreyanın paytaxtı Seula rəsmi səfəri çərçivəsində “CHEY Təkmil Araşdırmalar İnstitutu”nda çıxış edib.

NOCOMMENT.az xəbər verir ki, Stoltenberq Asiya və Avropanın təhlükəsizliyinin bir-birinə bağlı olduğunu vurğulayıb.

Stoltenberq “Prezident Putin qalib gəlsə, ona və digər avtoritar liderlərə güc tətbiq etməklə istədiklərini əldə edə biləcəkləri mesajını verəcək. Bu, dünyanı daha təhlükəli bir yerə çevirər və bizi daha müdafiəsiz  hala gətirər.

Beləliklə, Avropada baş verənlər Hind-Sakit okean üçün vacibdir. Asiyada baş verənlər NATO üçün vacibdir. Bizim təhlükəsizliyimiz bir-birinə bağlıdır. Buna görə də biz BMT Nizamnaməsinə tam hörmət etməkdə israr edərək, zülm və qəddarlığın azadlıq və demokratiyadan üstün olmasına imkan verməyərk birlikdə və möhkəm olmalıyıq”.