Stoltenberq Ukrayna ilə bağlı NATO ölkələrinə ÇAĞIRIŞ EDİBbackend

Stoltenberq Ukrayna ilə bağlı NATO ölkələrinə ÇAĞIRIŞ EDİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu və ya digər NATO ölkəsinin Ukrayna münaqişəsinə cəlb olunması Şimali Atlantika Alyansının birliyinin pozulmasına gətirib çıxaracaq, münaqişədə birbaşa iştirak etmədən Kiyevə fasiləsiz yardım göstərmək blokun maraqlarına uyğundur.

NOCOMMENT.az xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq deyib.

“Hesab edirəm ki, Ukraynaya davamlı yardım axınını təmin etmək üçün alyansın birbaşa münaqişəyə qarışmamasını təmin etmək lazımdır. Əks halda, Ukraynaya yardımın göstərilməsi məsələsində birlik pozulacaq”, – baş katib vurğulayıb.

O, ittifaq ölkələrini bloku “parçalaya biləcək” çağırışlarla daha diqqətli olmağa çağırıb.