NOCOMMENT.az xəbər verir ki, NATO-nun baş katibi Yens Stoltenberq Ukraynaya hərbi və maliyyə dəstəyini alyans dövlətlərinin “pullarını xərcləmək üçün yaxşı fürsət” adlandırıb. Onun sözlərini TASS sitat gətirir.
Şimali Atlantika Alyansının tələb etdiyi kimi ÜDM-in 2%-nin müdafiə xərclərinə necə xərclənməsi barədə suala Stoltenberq “kömək edə biləcəyini” deyib.
“NATO-nun bir sıra yaxşı imkanları var, ilk növbədə Ukraynaya yardım. Əgər birdən pulunuz olsa, mən sizə məsləhət görərdim ki, onu Ukraynaya yardıma yatırın”, – baş katib bildirib.