Yens Stoltenberq Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatının (BMT) 78-ci Baş Assambleyasında iştirak etdiyi aparıcı beyin mərkəzlərindən biri olan Xarici Əlaqələr Şurasının (CFR) təşkil etdiyi panelə qatılıb.
NOCOMMENT.az xəbər verir ki, NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, ABŞ Çinlə daha baş etmək üçün Ukraynanın müharibədə qalib gəlməsini təmin etməlidir.
Şimali Amerika və Avropa regionlarının qlobal təhlükələrlə üzləşdiyini deyən Stoltenberq NATO-nun Avstraliya, Yeni Zelandiya və Yaponiya kimi ölkələrlə ortaqlıqlar qurduğunu, lakin bu Alyansın orada genişlənəcəyi anlamına gəlmədiyini bildirib. “NATO regional, Şimali Amerika və Avropanın ittifaqı olaraq qalacaq. Əgər genişlənmə olacaqsa Avropa ölkələri ilə olacaq. NATO qlobal kollektiv müdafiə təşkilatı olmayacaq”.
Ukraynadakı müharibənin müttəfiqlər üçün yaratdığı təhlükə ilə bağlı Stoltenberq “Əgər ABŞ Çindən narahatdırsa, Putinin Ukraynadakı müharibədə qalib gəlməyəcəyini təmin etməlidir” ifadəsini işlədib.
Stoltenberq bildirib ki, Ukrayna müharibəni qazanarsa, NATO Avropada ikinci ən böyük orduya sahib olacaq. Avropa ölkələrinin son zamanlar artan müdafiə xərclərinə baxıldığında yaranacaq vəziyyət Çinlə bağlı daha az narahatlıq doğuracaq.