Stoltenberqdən İsveçin NATO-ya üzvlüyü ilə bağlı bəyanatbackend

Stoltenberqdən İsveçin NATO-ya üzvlüyü ilə bağlı bəyanat

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NATO-nun baş katibi Yens Stoltenberq İsveçin ən qısa zamanda NATO-ya tamhüquqlu üzv olması üçün Türkiyə hakimiyyəti ilə sıx və daimi əlaqədə olduğunu bildirib.

NOCOMMENT.az xəbər verir ki, Yens Stoltenberq Osloda Norveçin baş naziri Jonas Gahr Store ilə görüşərək birgə mətbuat konfransı keçirib.

Görüşdə Rusiyanın Ukraynaya qarşı qeyri-qanuni müharibəsini müzakirə etdiklərini bildirən Stoltenberq, “NATO müttəfiqlərinin dəstəyi ilə Ukraynanın işğal etdiyi ərazilərini azad edəcəyinə əminəm” dedi.

Görüşdə İsveçin NATO üzvlüyünü də müzakirə etdiklərini bildirən Stoltenberq, “İsveç üzv olacaq. Bütün müttəfiqlər onları qoşulmağa dəvət edib. Onların təhlükəsizliyi onsuz da möhkəmdir. İsveçin ən qısa zamanda tamhüquqlu üzv olması üçün Türkiyə hakimiyyət orqanları ilə sıx və daimi əlaqə saxlayıram. Bu, Norveç, bütün Skandinaviya və Baltikyanı region və NATO üçün vacibdir”.

NOCOMMENT.AZ