Stomatoloqlardan 1800 manat icarə haqqı tələbi qiymətlərə necə təsir edəcək?backend

Stomatoloqlardan 1800 manat icarə haqqı tələbi qiymətlərə necə təsir edəcək?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Stomatoloji müəssisələr üçün  1200 və 1800 manatlıq “plan” öhdəliyi  bir neçə gündür müzakirələrə səbəb olub.

NOCOMMENT.az xəbər verir ki, Dövlət tibb müəssisələrində çalışan stomatoloqlara şamil edilən bu öhdəlik bir çox həkimin ciddi narazılığına  səbəb olub.

Maraqlıdır bu tələb prosedurların qiymətlərinə necə təsir edəcək?

Valyuta.az xəbər verir ki, stomatoloq Kəmalə Nəzərova deyir ki, bölgələrdə çalışanlara 1200, paytaxtda çalışanlara isə 1800 manat icarə tələbi qoyulub.

Onun sözlərinə görə, bu tələb həkimlərin fəaliyyətini ciddi şəkildə çətinləşdirir.

Stomatoloq Cəmilə Məmmədova isə bildirir ki, konkret qiymət cədvəli var və ona uyğun müayinə-müalicə aparılır. Həmin qiymətlərlə də tələb olunan icarə məbləğini ödəmək qeyri-mümkündür.