Stresdən beyinə qan sıza bilərmi?backend

Stresdən beyinə qan sıza bilərmi?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Stress, əsəb 20-dən çox xəstəlik və orqana təsir edir.

NOCOMMENT.az medicina-ya istinadən xəbər verir ki, psixiatr Azər Bağırov stresin zərərlərini sədələyib.

– Miqren və gərginlik növündən yaranan baş ağrılarının əsas səbəbi stressdir.

Daha sonra mədə problemləri qeyd olunub. Həddindən artıq gərginlik nəticəsində mədə xorası və həzmsizlik müşahidə edilə bilər.

– Bağırsaq problemləri-qəbizlik, ishal kimi şikayətlər həm də stress nəticəsində meydana gələ bilir.

– Stress dəri xəstəliklərinə də səbəb olur. Buraya saçların qırılmasından tutmuş, ekzema, müalicə ilə düzəlməyən qaşıntı və allergiyalar kimi bir çox problemlər daxildir.

– Psixiatr, stress nəticəsində yaranan digər xəstəlikləri belə sıralayıb:

– Bədən ağrıları: keçməyən boyun ağrıları, bel ağrıları, bədəndə yorğunluq.

– Ruhi problemlər: Depressiya gərgin şəxslərdə daha sıx müşahidə edilir.

– Həddindən artıq kökəlmə, ya da arıqlama gərginlik yaşayanlarda baş verir.

– Unutqanlıq: zehni qarışıqlıq, fikri cəmləmə problemləri əmələ gəlir.

– Beyin qansızmaları, daha çox stressli fərdlərdə sıx müşahidə edilir.