Su anbarında batan şəxsin meyiti tapıldıbackend

Su anbarında batan şəxsin meyiti tapıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mingəçevirdə su anbarında batan Zaqatala rayon sakininin meyiti tapılıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə  Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, 21 iyun 2024-cü il tarixində Mingəçevir su anbarında batmış 1969-cu il təvəllüdlü Həsənov Vüqar Oruc oğlunun meyiti FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.