Su Ehtiyatları Agentliyi tender keçirmədən 4 şirkətə 562 milyon manatlıq sifariş veribbackend

Su Ehtiyatları Agentliyi tender keçirmədən 4 şirkətə 562 milyon manatlıq sifariş verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki Tikilməkdə olan Obyektlərin Müdiriyyəti 4 şirkətlə 5 satınalma müqaviləsi imzalayıb.

NOCOMMENT.az yeniavaz.com -a istinadən xəbər verir ki, müqavilələr tender müsabiqəsi keçirilmədən, bir mənbədən satınalma metodu əsasında bağlanıb.

Açıqlanan məlumatlara görə, müqavilələrin ümumi dəyəri 562 milyon manat təşkil edir.

Agentliyin satınalma müqaviləsi imzaladığı şirkətlər bunlar olub:

– Müşviqabad hövzəsi üzrə gətirici kanalizasiya kollektorunun tikintisi işləri üçün “Nort Vest Konstrakşn” MMC-yə (VÖEN – 1001297281) 135 000 000 manat;

– Dərnəgül–Bakıxanov–Qaraçuxur–Hövsan kanalizasiya kollektorunun tikintisi işləri üçün “Nort Vest Konstrakşn” MMC-yə (VÖEN – 1001297281) 95 000 000 manat;

– Böyükşor hövzəsi üzrə tullantı suları üçün sutəmizləyici qurğunun tikintisi işləri üçün “AGE” MMC-yə (VÖEN – 1401148071) 64 698 255 manat;

– Müşviqabad hövzəsi üzrə tullantı suları üçün sutəmizləyici qurğunun tikintisi işləri üçün Avro-Asiya İnşaat Korporasiyası “Evrascon” ASC-yə (VÖEN – 1000085511) 102 486 424,5 manat;

– Lökbatan hövzəsi üzrə tullantı suları üçün sutəmizləyici qurğunun tikintisi işləri üçün “Euroline” QSC-yə (VÖEN – 3000031181) 164 998 195 manat.