Su ilə bağlı suni problem yaradıblar – Ekspertdən ittiham dolu açıqlamabackend

Su ilə bağlı suni problem yaradıblar – Ekspertdən ittiham dolu açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kənd təsərrüfatı eksperti: “Bu gün su ilə bağlı suni problem yaradıblar. Ölkədə su var. Amma o suyu nə əhaliyə verirlər, nə də kənd təsərrüfatında istifadə edirlər”.

“Su korrupsiyasında böyük pullar var. Yalnız iki su anbarının tikilişi üçün 2 milyar dollardan çox vəsait xərclənilib. Bunu prezident də deyib”.

NOCOMMENT.az xəbər verir ki, bu sözləri kənd təsərrüfatı eksperti Vahid Məhərrəmli ölkədə suvarma sistemlərinin subsidiyalaşdırılmasını PİA.az-a şərh edərkən qeyd edib.

Kənd təsərrüfatı naziri İnam Kərimov Şamaxıda taxıl biçininin gedişatı ilə tanış olarkən bildirib ki, ölkə ərazisində su qıtlığının yaranması kənd təsərrüfatında problemlərə səbəb olur. Bundan sonra suvarma sistemləri subsidiyalaşdırılacaq.

Dünyada iqlim istiləşməsi, həmçinin quraqlıq hava şəraiti su probleminin yaranmasına səbəb olur. Azərbaycanda kənd təsərrüfatı sahəsi bu problemdən ciddi təsirlənir.

Azərbaycanda sahələrin suvarılmasında müasir suvarma sistemlərindən istifadə edilməsi üçün addımlar atılır. Kənd təsərrüfatı naziri İnam Kərimov bildirib ki,suvarma sistemlərinin subsidiyalaşdırlması üçün əlavə vəsait ayrılıb. Yeni suvarma sistemləri suya qənaət edəcək.

Nazir İnam Kərimov onu da qeyd edib ki, yeni su ehtiyatları yaradılacaq. Bunun üçün Dövlət başçısı tərəfindən tapşırıqlar verilib.

Qeyd edək ki, hər il ölkənin su problemlərinin həlli üçün “Azərsu” ASC və “Meliorasiya və Su Təsərrüfatı ASC”-yə milyardlarla manat vəzait ayrılmasına baxmyaraq bütün Azərbaycanda hazırda kənd təsərrüfatı sahəsində su problemi hiss olunmaqdadır. Suvarma sisteminin subsidiyalaşdırılması problemi həll edəcəkmi? Axı müstəqillik illərində dövlətin ən böyük sərmayə qoyduğu sahələrdən biri və bəlkə də birincisi su sahəsidir. Bu sərmayələr hara sərf olunub və niyə hazırda xərclənən pullar, görülən işlər öz xeyirini vermir. Sahəyə bu qədər böyük sərmayələr qoyulduğu halda, niyə hazırda ölkəmiz su problemi yaşayır? Bu sualların cavabını təbii ki, “Azərsu” ASC “Meliorasiya və Su Təsərrüfatı ASC” verməlidir.

Əldə etdiyimiz dəqiq məlumata görə hazırda Neftçalada pambıq sahələri şor su ilə suvarılır. Nazirlik və icra hakimiyyəti bundan xəbərdar olsa da, şor su ilə əkin sahələrinin suvarılmasının qarşısını almır. Əksinə tələb edirlər ki, suvarılma işləri aparılsın. “Meliorasiya və Su Təsərrüfatı ASC” isə əvvələr su vermədiyi insanlara indi səxavətlə su verir və torpaqların şorlaşması üçün əllərindən gələn hər şeyi edirlər. İcra orqanlarının bu davranışlarını necə dəyərləndirmək olar və əkin sahələrinin şor su ilə suvarılmasının hansı fəsadları meydana çıxacaq?

Mövzunu PİA.az-ın əməkdaşı kənd təsərrüfatı eksperti Vahid Məhərrəmli ilə müzakirə edib.

Vahid Məhərrəmli: “Dövlət büdcəsini talan edən adamlar ölkənin su problemini həll edə bilməyəcəklər”.

Hər il kənd təsərrüfatında 6.7 milyard kub metr sudan istifadə olunduğunu xatırladan ekspert müqayisə üçün PİA.az-a bildirib ki, İsrail kənd təsərrüfatı üçün 1.1 milyard kub metr sudan istifadə edir. Yəni onlar 6 dəfə bizdən az sudan istifadə edirlər və Azərbaycandan da çox kənd təsərrüfatı məhsulları istehsal edirlər:

“Yəqin ki, İman Kərimovun ölkədə suvarmanın subsidiyalaşdırılmasından xəbəri yoxdur. Guya nazir yenilik etmək istəyir, amma bilməlidir ki, artıq uzun illərdir ölkədə suvarma subsidiyalaşdırılıb. Yəni uzun illərdir ki, dövlət tərəfindən istifadə olunan suyun bir hissəsinin pulu “Meliorasiya və Su Təsərrüfatı ASC”-yə ödənilir.

Qeyd edim ki, ölkədə su qıtlığı yoxdur. Kənd əhalisinin ərzaqla su təminatı üçün ölkədə yetərli qədər su var. Bu sahədə məsul olan məmurlar su qıtlığını dillərinə gətirməməlidirlər. Hətta Azərbaycanda kənd təsərrüfatında istifadə olunacaq sudan 5-6 dəfə çox su ehtiyatları var. Sadəcə olaraq bu işi bilən kadrlar işə cəlb olunmur və tez-tez də kənd təsərrüfatı naziri dəyişdirilir. Nəticə də ortadadır.

Bu gün suyla bağlı suni problem yaradıblar. Bir daha qeyd edim ki, ölkədə su var. Amma o suyu nə əhaliyə verirlər, nə də kənd təsərrüfatında istifadə etmirlər.

Bu gün və sabah rayonlarda intensiv yağışlar yağacaq. Əslində yağan yağış suları yığılıb əhaliyə verilməlidir. Daha əvvəlki kimi olmayacaq ki, Kürdən, Arazdan su gəlsin və bunlar da həmin suyu israfcasına istifadə etsinlər. Buyursunlar yağışın suyun anbarlara yığsınlar və istifadə etsinlər.

Vahid Məhərrəmli: “Əhmədzadələr və Hüseynovlar bu gün də bu problemin öhdəsindən gələ bilməyəcəklər. Onlar Kənd təsərrüfatını daha da pis vəziyyətə gətirib çıxaracaqlar”.

Axı şirin su var, niyə şor sudan istifadə edirlər? Kürün özündə də şirin su var, amma Neftçalaya gəlib çatmır. Hələ ki, Arazdan da su gəlir. Suyun çatması üçün borular çəkilməlidir. Çünki kanallarla gətirilən suyun yarısı sızma nəticəsində boşa gedir, bir hissəsi də buxarlanır. Artıq bu formada dünyanın heç bir yerində sudan istifadə olunmur.

Bu problemin olacağını biz hələ 10 il bundan əvvəl xəbərdarlıq etmişdik. Prezident İlham Əliyev su ilə bağlı sonuncu müşavirədə dedi ki, 470 milyon kub metr “Taxtakörpü” və “Şəmkirçay” Su Anbarlarına su yığılıb. Onda niyə o su istifadəyə verilimir? Bunun üçün infrastruktur yoxdursa, bu kimin günahıdır? Varsa onda niyə o sudan istifadı olunmur?

Nə qədər maliyyə resurslarının bu sahəyə ayrıldığına da diqqət yetirmək lazımdır. Bu qədər vəsait nə üçün ayrılıb? Bilmirdilər ki, Neftçalada belə hal baş verə bilər? Bilmirdilərsə, hamısı istefa verməlidir. Çünki belə vəziyyət daha əvvəllər də yaranmışdı. Niyə tədbir görülməyib. Ona görə ki, məsul şəxslər işin öhdəsindən gələ bilmirlər və daha çox öz trifahlarını düşünürlər. Onu da deyim ki, Əhmədzadələr və Hüsoynovlar bu gün də bu problemin öhdəsindən gələ bilməyəcəklər. Onlar Kənd təsərrüfatını daha da pis vəziyyətə gətirib çıxaracaqlar. Bunu görəcəksiniz. Əlbəttə mən bu halı arzulamazdım, amma təəssüf ki, belə olacaq.

Dövlət büdcəsini talan edən adamlar ölkənin su problemini həll edə bilməyəcəklər. Hər il kənd təsərrüfatında 6.7 milyard kub metr sudan istifadə olunur. Halbuki, İsrail kənd təsərrüfatı üçün 1.1 milyard kub metr sudan istifadə edir. Yəni onlar 6 dəfə bizdən az sudan istifadə edirlər və Azərbaycandan da çox kənd təsərrüfatı məhsulları istifadə edirlər. Demək problem idarəetmədə, qeyri-peşəkarlıqda, yarıtmaz siyasətdə, korrupsiyada, rüşvətxorluqdadır.

Vahid Məhərrəmli: “Problem idarəetmədə, qeyri-peşəkarlıqda, yarıtmaz siyasətdə, korrupsiyada, rüşvətxorluqdadır”.

Su korrupsiyasında böyük pullar var. Yalnız iki su anbarının tikilişi üçün 2 milyar dollardan çox vəsait xərclənilib. Bunu prezident İlham Əliyev də deyib. Yəni 1 milyard manat “Taxtakörpü” Su Anbarı, 700 milyon manat da “Şəmkirçay” Su Anbarı üçün vəsait xərclənib. Bu ikisi birlikdə o vaxtkı məzənnə ilə 2 milyard dollardan çox vəsait edir. Prezidentin özü də deyir ki, bu xərclərin faydası, səmərəsi olmayıb. Bəs necə iş görürlərlər ki, faydası olmur? Demək ki, bundan sonra görülən işlərin də faydası olmayacaq.

İman Kərimov internetdən və başqa mənbələrdən məlumat götürüb danışır. İlham Əliyev ondan kənd təsərrüfatındakı məhsuldarlığı soruşanda bir neçə fərqli rəqəm sadalayır. İman Kərimov keçən il ölkədə nə qədər taxıl istehsal olunduğunu, məhsuldarlığın nə qədər olduğunu bilmir. Həmçinin nazir sentnerin nə olduğunu bilmir. O xaricdə necə təhsil alıb, bunu başa düşə bilmirəm. Görünür artıq xaricdə də bizim üsullardan istifadə edənlər var”.