Kəndlərin su dərdi: gecikmiş və bahalı “çıxış yolu”backend

Kəndlərin su dərdi: gecikmiş və bahalı “çıxış yolu”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində fəaliyyət göstərən “Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti” publik hüquqi şəxsi tərəfindən kəndlərdə su və tullantı su infrastrukturu ilə bağlı iri həcmli layihələr üzrə satınalmalar elan edilib.

NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, Dövlətyarlı kəndinin xarici su təchizatı, tullantı su şəbəkə və qurğularının tikintisi üçün ehtimal olunan qiymət 3.002.336,54 AZN təşkil edir. Layihə kənd əhalisinin dayanıqlı içməli su ilə təmin olunması və kanalizasiya sisteminin qurulmasını nəzərdə tutur.

Bundan əlavə, Pirəhmədli kəndinin xarici su təchizatı, tullantı su şəbəkə və qurğularının tikintisi üzrə də satınalma prosesi başlanılıb. Bu layihə üçün ehtimal olunan qiymət 2.629.156,82 AZN olaraq müəyyən edilib.